Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcək
# 18 iyun 2012 07:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan hərbçiləri iyunun 18-dən 29-dək Niderlandın Enschede şəhərində “Mülki-hərbi əməkdaşlıq üzrə səhra mütəxəssisi kursu”, iyunun 19-dan 21-dək Bosniya və Hersoqovinada “E-Prime” üzrə təlim kursuna qatılacaqlar.

İyunun 20-dən 23-dək isə Bakıda Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlıq planına əsasən sülhməramlı bölmələrin hazırlanması üzrə ekspertlərin işçi görüşü keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR