Prezident İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə iştirak edib - FOTOSESSİYA

Mərasimdən əvvəl dövlət başçısı Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış olub. Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirib. Azərbaycan prezidenti İlham Əliyev məzunları “Salam, gənc zabitlər!” sözləri ilə salamlayıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səslənib. Mərasimi müdafiə naziri, general-polkovnik Səfər Əbiyev açıb. Prezident mərasimdə nitq söyləyib.
Sonra prezident İlham Əliyev xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olunublar.
Dövlət başçısı bir qrup zabitə mənzillərin orderlərini təqdim edib. Ali Baş Komandan onları təbrik etdi, gələcək xidmətlərində uğurlar arzulayıb.
Digər məzunlara diplomlar müəllim heyəti tərəfindən təqdim edilib.
Sonra məzunların buraxılış mərasimi davam etdirilib. Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüklərinə vurublar. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub. Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı gətirildi, kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçiblər.Azərbaycan prezidenti məzunlarla, kursantlarla, hərbçilər və valideynlərlə sağollaşıb.
Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edibilər.
Ordu
Xəbər Lenti
Mərkəzi Bank tərəfindən “İnteraktiv statistik məlumat bazası” istifadəyə verilib
APA TV-də XƏBƏRAPARAN - CANLI
Kriptovalyuta bazarının son göstəriciləri
Həftəsonu bank kartlarından 16 min manata yaxın pul oğurlanıb
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
“Unibank”ın səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Qaxda avtobus yanıb
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
Nyu-York birjasında təbii qazın qiyməti daha da enib
Bəzi çaylarda sululuq artıb
Bu günün valyuta məzənnələri
Bakıda minik avtomobili ilə moped toqquşub, bir nəfər ölüb
İsrail ordusu Qəzzada içində insanların olduğu bir xəstəxananı sökməyə başlayıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Rusiyada sərnişin mikroavtobusu yük avtomobili ilə toqquşub, 7 ölü, 14 yaralı
Somalidə baş verən qarşıdurmalarda 70 “əş-Şəbab” üzvü öldürülüb
Portuqaliyada keçirilən seçkilərdə sağçı alyans qalib gəlib
Danimarka Ukraynaya böyük yardım paketi ayırdığını açıqlayıb
London “Brexit”dən sonra ilk Böyük Britaniya-Aİ sammitinə ev sahibliyi edəcək
KİV: Starmer Tramp, Makron, Merz və Meloni ilə Ukraynanı müzakirə edib
Rumıniyada keçirilən prezident seçkilərində Nikuşor Dan qalib gəlib - YENİLƏNİB
Von der Leyen: Gələn həftə Ukrayna münaqişəsinin həlli baxımından həlledici olacaq
İsrail Qəzzaya ərzaq maddələrinin girişinə icazə verəcək
ABŞ Rusiyaya qarşı sərt sanksiyaları gündəmə gətirib
Co Baydenə aqressiv xərçəng diaqnozu qoyulub
HƏMAS atəşkəs müqabilində 9 nəfərə qədər girovu azad etməyə hazırdır
Avstraliya “Abrams” tanklarını Ukraynaya yola salıb
Göyçayda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Okan Buruk: “Hədəfim ardıcıl 4-cü dəfə çempion olmaqdır”
“Qalatasaray”ın 25-ci çempionluğu Bakıda da coşqu ilə qeyd edilib - FOTO - VİDEO
Azərbaycan çempionu “Qarabağ”a kubok və qızıl medallar təqdim olunub
Lənkəranda baş verən qəzalarda 2-si azyaşlı olmaqla 10 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB
“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu olub
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib
Somalidə hərbi baza yaxınlığında güclü partlayış olub
Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Əfqanıstan XİN “İslam Dövləti”nə qarşı mübarizədən danışıb
Mahir Emreli “het-trik” edib - VİDEO
Bessent: ABŞ-ın reytinqini endirən Moody’s agentliyinə etibar etmirəm
Qəzzadan İsrailə iki raket atılıb
Zelenski Papa XIV Leo ilə görüşüb - FOTO
Pavel Durov: Avropa ölkələrindən birindən seçkilərə müdaxilə etməklə bağlı tələb aldıq
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Avropanın 4 lideri Putinlə danışmazdan əvvəl Trampla müzakirə aparacaq
Niger çayında bərə qəzaya uğrayıb, 37 nəfər boğulub
Mərakeş Suriyada səfirliyini yenidən açacaq
İsrail Qəzzanın şimal və cənubunda genişmiqyaslı quru əməliyyatına başladığını elan edib
Vatikan Papa XIV Leo ilə Zelenskinin görüşünü elan edib
“Fənərbaxça”da fövqəladə qurultay təyin olunub