NATO “Gürcüstan-2012” adlı təlim keçirəcək

NATO “Gürcüstan-2012” adlı təlim keçirəcək
# 28 iyun 2012 10:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Sentyabrın 22-dən 28-dək Gürcüstanda NATO-nun Avroatlantik fəlakətlərə cavab vermə Koordinasiya Mərkəzinin (EADRCC) “Gürcüstan-2012” adlı təlimi keçiriləcək. Bu barədə APA-ya NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri Vilyam Lahue məlumat verib.
Təlimdə Gürcüstanla yanaşı, 22 NATO və 2 Aralıq Dənizi Dialoqu ölkəsinin iştirak edəcəyini deyən V. Lahuenin sözlərinə görə, tədbirə Azərbaycandan da xilasedicilər qatılacaq. Təlim bölgədə baş vermiş şərti zəlzələdən sonra Rustavi şəhərində dağıntıların aradan qaldırılması ssenarisi üzrə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR