Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri dəniz təlimində iştirak edəcəklər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İyulun 11-dən avqustun 9-dək İstanbul şəhərində açıq dəniz təlimi keçiriləcək. Azərbaycan hərbçiləri təlimə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən qatılacaqlar.