Azərbaycanda çağırışçılar oktyabrdan SMS vasitəsilə hansı hərbi hissəyə düşdüklərini öyrənə biləcəklər

Azərbaycanda çağırışçılar oktyabrdan SMS vasitəsilə hansı hərbi hissəyə düşdüklərini öyrənə biləcəklər
# 24 sentyabr 2014 12:54 (UTC +04:00)

Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nurəddin Heydərov məlumat verib.

N. Heydərovun sözlərinə görə, yenilik SMS məlumatlandırması ilə bağlıdır.

Belə ki, çağırışçılar 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edərək hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdüklərini öyrənə biləcəklər.

Artıq sistemdə tamamlama işləri aparılır.

Çağırışçılar 9100 nömrəsinə bütün mobil operatorlardan qısa mesaj göndərə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR