Dövlət Sərhəd Xidməti bu il 75 kiloqram narkotik vasitənin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısını alıb - FOTO

Dövlət Sərhəd Xidməti bu il 75 kiloqram narkotik vasitənin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısını alıb - <span style="color: red;">FOTO
# 15 mart 2013 13:39 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə DSX-nın İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov keçirdiyi mətbuat konfransında bildirib.

 

A. İbrahimovun sözlərinə görə, tutulmuş narkotik vasitənin 49 kiloqramını heroin, 2 kiloqramını həşiş, 20 kiloqramını tiryək, 3 kiloqramını isə marixuana təşkil edib. İdarə rəisi həmçinin əlavə edib Ki, martın 6-da Biləsuvar rayonu ərazisində 10 kiloqram tiryəki qanunsuz olaraq İrandan Azərbaycana keçirmiş Lənkəran şəhər sakini, 1952-ci il təvəllüdlü Hacı Abdullayev saxlanıb. Faktla bağlı cinayət işi başlanıb, onun barəsində həbs qətiimkan tədbiri seçilib.

 

DSX nümayəndəsi qeyd edib ki, 2012-ci ildə 251 kiloqram narkotik vasitənin, o cümlədən  26 kiloqram heroinin, 102 kiloqram tiryəkin, 108 kiloqram həşiş qətranının, 7 kiloqram marixuananın, 8 kiloqram psixotrop maddənin qaçaqmal yolu ilə dövlət sərhədindən Azərbaycana keçirilməsinin qarşısı alınıb. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdləri İran ilə dövlət sərhədində qeydə alınıb. 4 halda sərhəd naryadına qarşı silahlı müqavimət göstərilib. Ümumilikdə ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib, 9 İran, 4 Əfqanıstan, 17 Azərbaycan vətəndaşı barəsində cinayət işi başlanıb.

 

A. İbrahimovun sözlərinə görə, 2011-ci ildə DSX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 160 kq narkotik maddə tutulub. 2011-ci ildə sərhəd naryadlarına qarşı narkotik vasitələrin qaçaqmalçıları tərəfindən 3 halda silahlı müqavimət göstərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR