Lənkəran. Ağəddin Babayev – APA. Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Sərhəd Dəstəsinin komandiri, polkovnik-leytenant Elşən Mirzəyev hərbi andın hər bir əsgərin həyatında əlamətdar və unudulmaz bir hadisə olduğunu bildirib.
Dəstə komandiri çıxışında həmçinin Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, sərhəd qoşunlarının formalaşması və inkişafına göstərilən dövlət qayğısından da söz açıb.
Daha sonra əsgərlər hərbi andı qəbul ediblər.
Mərasimdə bir qrup zabit rütbələrlə, medallarla və fəxri fərmanlarla təltif olunublar.