Bakı. Rəşad Süleymanov - APA. Ukrayna 2013-cü ildə Azərbaycana 11 ədəd BTS-5B universal çoxməqsədli yedəkçisi satıb. APA-nın xəbərinə görə, bu barədə Ukrayna İxraca Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bundan əvvəl, 2012-ci ildə Azərbaycana 14 ədəd BTS-5B yedəkçisinin satışı reallaşdırılıb.
Azərbaycan ümumilikdə son 8 ildə Ukraynadan 29 ədəd BTS-5B alıb.
BTS-5B (Multipurpose trailer BTS-5B) universal çoxməqsədli yedəkçisi tank bölmələrinin və hissələrin texniki təminatı, xilasetmə işlərinin keçirilməsi, zərər dəymiş texnikanın yedəklənməsi, ehtiyat hissələrin və avadanlıqların daşınması üçün nəzərdə tutulub. Maşın T-72A tanklarının şassisi üzərində hazırlanıb. Maşının çəkisi 41 ton, heyəti 3 nəfərdir.