Nazirlik: Uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ümumxalq işinə çevrilməlidir

Nazirlik: Uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ümumxalq işinə çevrilməlidir
# 10 oktyabr 2014 09:33 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. “Təhsil müəssisələrində hər hansı bir uşağın zorakılığa məruz qalması ilə bağlı Təhsil Nazirliyinə müraciətlər olduqda həmin müraciətlərə fərdi qaydada baxılır və tədbir görülür”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında bütün maraqlı tərəflər - təhsil ictimaiyyəti, yerli icra nümayəndəlikləri, inzibati orqanlar, qeyri-hökumət təşkilatları yaxından iştirak etməlidirlər, əslində bu məsələ ümumxalq işinə çevrilməlidir: “Valideynlərin maarifləndirilməsi, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi, ailə və uşaq problemlərinin hərtərəfli öyrənilməsi, uşaq hüquqlarının təbliğinin təşkili vacib şərtlərdən hesab olunur. Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli təhsil orqanları, məktəblərin rəhbərliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməməsi istiqamətində davamlı işlər aparır, bu vacib məsələni diqqət mərkəzində saxlayır.

Təhsil nazirinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları” sənədində müəllimlərə yönəlmiş bir çox tələblərlə yanaşı qeyd olunan məsələ də xüsusi olaraq əks edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR