Azərbaycanda sonuncu sınaq imtahanı keçiriləcək

Azərbaycanda sonuncu sınaq imtahanı keçiriləcək
# 22 aprel 2016 14:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 24-də respublikanın 35 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Tovuz, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Xaçmaz və Şabran, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 67 binada təşkil olunacaq. 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48504 abituriyent qeydiyyatdan keçib.

Abituriyentlərin nəzərinə çatdırılıb ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR