Gürcüstanın Kaspi şəhərində partlayan dəmir yolu ilə yükdaşımalar bir aydan sonra bərpa oluna bilər

Gürcüstanın Kaspi şəhərində partlayan dəmir yolu ilə yükdaşımalar bir aydan sonra bərpa oluna bilər
# 25 avqust 2008 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun ortalarında Gürcüstanın Kaspi şəhərində partlayan dəmir yolu körpüsü bir aydan sonra istifadəyə verilə bilər. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDY) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
«Gürcüstandan verilən məlumata görə, hazırda partlayan körpüdə təmizlik işləri aparılır. Daha sonra isə təmir işlərinə başlanılacaq və təxminən bir aydan sonra körpü istifadəyə veriləcək», - deyə N.Əzməmmədov bildirib.
Körpü istifadəyə veriləndən sonra Azərbaycan neftinin dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına (Batumi və Poti) nəqli bərpa olunacaq.
Qeyd edək ki, partlayan dəmir yolu xəttinə paralel digər dəmir yolu da mövcuddur. Əsas yolda partlayış verdikdən sonra məhz bu alternativ yol vasitəsilə neftin tranzitinin davam etdirilməsi planlaşdırılırsa da, ekspertlər həmin dəmir yolunun parçalarının analiz nəticələri əsasında bu xəttin yükdaşımalar üçün yararsız olduğunu müəyyənləşdiriblər.
Xatırladaq ki, avqustun 16-da Tiflisdən 45 km aralıda yerləşən Kaspi şəhərində körpü partlayıb. Gürcüstanın Xarici İşlər Nazirliyi partlayışda Rusiyanı təqsirləndirsə də, rəsmi Moskva bu hadisəyə aidiyyəti olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR