Yaxın iki ildə Azərbaycanda ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılacaq

Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda ünvanlı dövlət sosial yardımın təyini üçün ehtiyac meyarının həddi tədricən yaşayış minimumuna çatdırılacaq. «APA-Economics»in məlumatına görə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, yaxın 2-3 il ərzində buna nail olunacaq.
Şöbə müdirinin sözlərinə görə, 2006-cı ildə ehtiyac meyarının həddi 30 manat olmaqla, yaşayış minimumuna nisbətdə 51% idisə, hazırda ehtiyac meyarının həddi 55 manata çatıb və bu, yaşayış minimumuna nisbətdə 78%-dir.
N.Qasımov qeyd edib ki, ehtiyac meyarının həddinin yüksəlməsi nəticəsində ilin sonunadək Azərbaycanda ünvanlı sosial yardım alanların sayı təxminən 160 min nəfərə çatdırılacaq. Bu isə o deməkdir ki, ilin birinci yarısı ilə müqayisədə ikinci yarımillikdə yardım alanların sayı 60% artacaq.
Hazırda Azərbaycanda 127 577 ailə ünvanlı sosial yardım alır. Ölkədə bir ailəyə düşən orta aylıq sosial yardımın məbləği 98 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 21 manatdır. Yardım alanların 44%-i çoxuşaqlı, 8,3%-i məcburi köçkün ailələridir. Yardım təyin olunan ailələrin 76,8%-i dövlətdən ilk dəfə yardım alır. Hazırda Azərbaycanda ünvanlı sosial yardım alanların 82,4%-nə bu vəsait plastik kartla ödənilir.

Sosial

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin olunub
Azərbaycanda son 1 həftədə 20 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı valideynlərə müraciət edib