Noyabrın 28-də “Bakı Gecələri” estrada mahnı müsabiqəsinin final konserti keçiriləcək

Noyabrın 28-də “Bakı Gecələri” estrada mahnı müsabiqəsinin final konserti  keçiriləcək
# 27 noyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 28-də Rəşid Behbudov adına Mahnı Teatrında “Bakı Gecələri” estrada mahnı müsabiqəsinin final konserti keçiriləcək. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu konsertdə birinci mərhələnin 3 konsertində iştirak etmiş 60 müğənni arasından final mərhələsinə vəsiqə qazanmış 30 iştirakçı mübarizə aparacaq. Birinci mərhələdən fərqli olaraq bu mərhələdə qiymətlər hər beş mahnıdan bir deyil, konsertin sonunda açıqlanacaq. Münsiflər heyəti bu mərhələdə 6 nominasiya üzrə qiymətləndirmə aparacaq. Nəticələr dekabrın 26-da Heydər Əliyev Sarayında keçiriləcək qala konsertdə elan ediləcək. Qalib gəlmiş 19 mahnı dekabrın 1-dən 24-nə kimi SMS vasitəsilə televiziya tamaşaçıları tərəfindən qiymətləndiriləcək. Televiziya tamaşaçıları tərəfindən ən çox SMS toplamış və münsiflər heyəti tərəfindən verilmiş balların cəmi nəticəsində “Bakı Gecələri” estrada mahnı müsabiqəsinin qalibi müəyyən olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR