Lənkəranda mal-qara oğrusu həbs olunub

Lənkəranda mal-qara oğrusu həbs olunub
# 18 iyun 2009 06:56 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Vətəndaşların mal – qarasını oğurlayıb satmaqla məşğul olan şəxs həbs edilib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidov məlumat verib. Onun sözlərinə görə, Masallı rayonunun Mololon kənd sakini, 1978 – ci il təvəllüdlü Eldar Yaşar oğlu Həsənov Lənkəran rayonunun Zövlə kənd sakini Tələt Bəhmən oğlu Məmmədova məxsus örüş sahəsindən ümumi dəyəri 1300 manat olan üç baş iribuynuzlu mal-qaranı oğurlayıb aparmaq istəyərkən yerli sakinlər tərəfindən saxlanılaraq polisə təhvil verilib. İlkin araşdırmalar nəticəsində E. Həsənovun bir müddət əvvəl də Masallı rayonunun Boradigah qəsəbəsi ərasisindən 20 baş qoyunu oğurlayaraq yeməkxanaya satdığı məlum olub. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə vətəndaşların mal-qarasını oğurlayıb satmaqda təqsirli bilinən şəxs barəsində həbs qəti-imkan tədbiri seçilib və onun barəsində Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR