Moskvada koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 44 nəfər dünyasını dəyişib.
APA RİA Novostiy-ə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3231-ə çatıb.
Xatırladaq ki, Moskvada ötən gün yeni virusdan 49 nəfər ölmüşdü.