Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə onlayn görüşüb

Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə onlayn görüşüb
# 16 oktyabr 2020 16:59 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə onlayn görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təhsil naziri Ermənistanın təcavüzü nəticəsində 3 nəfər məktəblinin həlak olması, 15 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-dək məktəbə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb.

Səfir Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR