Nazirlik birdəfəlik ödəmənin verilməsi ilə bağlı suallara aydınlıq gətirib

Nazirlik birdəfəlik ödəmənin verilməsi ilə bağlı suallara aydınlıq gətirib
# 09 aprel 2020 18:01 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəxslərə birdəfəlik ödəmənin verilməsinə dair ən çox verilən suallara aydınlıq gətirib.

Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, müraciət üçün 3 üsuldan biri təklif olunur:

1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq.

2. e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə.

3. İnternetə çıxış imkanları olmayan işsizlər Məşğulluq mərkəzlərinə zəng edərək.

Məlumatda bildirilir ki, aprelin 1-nə qədər işsiz statusu alan vətəndaşın birdəfəlik ödəməni almaq üçün yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Birdəfəlik yardımı (190 manat) almaq üçün elektron qeydiyyatdan keçdikdən sonra cavab həmin şəxsin mobil nömrəsinə sms vasitəsilə göndəriləcək.

Qeyd edilib ki, nazirlik tərəfindən elan olunmuş qrafik əsasında qeydiyyatdan keçə bilməyənlər 190 manat birdəfəlik ödəməni almaq hüququnu itirmirlər. Belə ki, qrafik üzrə müraciət vaxtı bitdikdən sonra (aprelin 12-dən) hər hansı məhdudiyyət olmadan müraciət mümkün olacaq.

Ödəmə ailədə sosial ödəniş almayan ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladına veriləcək. Bundan əlavə, şəxs öz arvadı ilə birlikdə bir ailə sayıldığı üçün (ər və ya arvaddan birinin) ayrıca müraciət hüququ var. Valideynləri isə digər ailə sayıldığından (ər və ya arvaddan birinin) ayrıca müraciət edə bilər. 15 yaşdan yuxarı əmək qabiliyyətli şəxsin özünün də fərdi qaydada müraciət etmək hüququ var. Eyni zamanda valideynlərin (ər və ya arvaddan birinin) ayrıca müraciət etmək hüququ var. Əgər və ya arvaddan biri xarici ölkə vətəndaşıdırsa, digəri 190 manat birdəfəlik ödəməni almaq hüququna malikdir. Aliment alan işsiz qadının da birdəfəlik ödəməni almaq hüququ var.

Mobil nömrəsi öz adına olmayan şəxslər sosial.gov.az saytında “Müraciət bölməsində” müvafiq Məşğulluq Mərkəzinin qeyd olunmuş telefon nömrələrindən birinə zəng edərək qeydiyyatdan keçə bilərlər. Müraciət üçün qeydiyyat və yaşadığın ünvanın fərqli olması maneə yaratmır.

Nazirlik birdəfəlik ödəmə üçün nəyə görə 190 manat müəyyən edilməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edildiyi üçün pandemiya şəraitində bu vəsait dövlətin sosial dəstəyi olaraq minimum ərzaq ehtiyaclarını qarşılamaq üçündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR