Astarada avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var - FOTO

Astarada avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var - FOTO
# 02 iyul 2019 19:56 (UTC +04:00)

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Astara rayonunun Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran sakini, 1985-ci il təvəllüdlü Vüsalə Arif qızı Bəylərova "Hyundai" markalı avtomobildə idarəetməni itirərək maşını yol kənarındakı beton dirəyə çırpıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR