Bakıda 20 nəfərin dönərdən zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Bakıda 20 nəfərin dönərdən zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
# 27 iyun 2019 11:46 (UTC +04:00)

Bakı şəhər Prokurorluğu Bakıda dönərdən zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan APA-ya verilən məlumatda bildirilir ki, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər qeyd edilən tarixdə paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edibklər.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

***

10.59

Bakıda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, paytaxtın Xətai rayon ərazisində 12 nəfərin dönərdən zəhərlənməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, nümunələr götürülüb, izahatlar alınıb və müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, məlum zəhərlənmə faktı Babək prospekti, “Maşın Bazarı”nın girişində yerləşən “Qədir Xum” dönərxanasında qeydə alınıb. Həmin dönərxanadan qidalanan bir neçə nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR