Narkotik vasitələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzi yaradılacaq

Narkotik vasitələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzi yaradılacaq
# 22 iyul 2019 23:13 (UTC +04:00)

Azərbaycanda Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzinin yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu 2019-cu ildə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan məlumatların məcmusunu yaratmaq məqsədilə Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzinin yaradılmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR