Çexiya Rusiyadakı diplomatlarının təhlükəsizliyini gücləndirəcək.
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın Xarici İşlər naziri Tomaş Petrşiçek bildirib.
“Biz Xarici İşlər Nazirliyinin təhlükəsizlik işçilərini Çexiyanın Moskvadakı səfirliyinə göndərəcəyik”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Praqada marşal Konevin abidəsinin sökülməsi ilə əlaqədar Moskva və Sankt-Peterburqda Çexiya diplomatik nümayəndəliklərinin qarşısındakı hadisələrə görə rəsmi Moskva Çexiya tərəfinə cavab verməyib.
Xatırladaq ki, Praqada marşal Konevin abidəsinin sökülməsi ilə əlaqədar Çexiyanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı konsulluğunun qarşısında etirazlar keçirilib. Praqada marşal Konevin abidəsinin sökülməsi rəsmi Moskvanın narazılığına səbəb olub.
Çexiya meri isə mətbuata açıqlamasında deyib ki, həyati üçün təhlükə olduğundan polis tərəfindən qorunur.