Arvadına 18 bıçaq zərbəsi vuran şəxs özünü təqsirli bilib

Arvadına 18 bıçaq zərbəsi vuran şəxs özünü təqsirli bilib
# 19 iyul 2019 12:58 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.

T. Qurbanov özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən şəxs bildirib ki, arvadını başqa şəxslərlə görüşdüyü üçün öldürüb: “Hansı kişi bunu qəbul edər ki, yoldaşı başqa şəxslə danışıb görüşsün? Ona görə də öldürdüm”.

Lalə Qurbanovanın anası - zərərçəkmişin hüquqi varisi kimi tanınan Səmimə İsmayılova ifadə verərək qızı haqqında deyilənlərin yalan olduğunu bildirib.

Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib. Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib. Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə arvadına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Onların birgə nikahdan 3 övladı var.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR