Qızılağac Milli Parkının xüsusi mühafizə rejimləri üzrə fəaliyyət zonalarının bölgüsü müəyyənləşib

Qızılağac Milli Parkının xüsusi mühafizə rejimləri üzrə fəaliyyət zonalarının bölgüsü müəyyənləşib
# 02 iyul 2019 23:53 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.

APA-nın məlumatına görə, qəara əsasən “Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” aşağıda göstərilən hüdudlarda təsdiq edilib:

1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar;

2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar;

3) turizm və rekreasiya zonası – 25842,0 hektar;

4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar;

5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfatistehsalat zonası – 22,0 hektar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR