Bu il Azərbaycanda ad, soyad, soyad sonluğu və ata adının dəyişdirilməsi ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.
Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 176, fevral ayında 214, mart ayında isə 154 adın, ata adının və soyadın dəyişdirilməsi qeydə alınıb.