Temur Abazov həbsində keçmiş rəhbər şəxsləri günahlandırıb

Temur Abazov həbsində keçmiş rəhbər şəxsləri günahlandırıb
# 26 iyul 2018 15:41 (UTC +04:00)

Rustavi şəhər məhkəməsində Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazovun işi üzrə iclas keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, məhkəmədə çıxış edən T. Abazov həbsində keçmiş rəhbər şəxsləri günahlandırıb:

“Prokurorluq çoxlu səhvlər edib. Qorxu faktoru olub, belə ki, baş verənlər Zaza Saralidzenin aksiyaları ilə üst-üstə düşüb. Onlar keçmiş birinci şəxslərlə əlaqə saxladılar. Bilirdilər ki, mən Bidzina İvanişvili ilə dostam. Birinci şəxslər dedilər ki, sona qədər gedin. Vəzifədə olan bir şəxsi belə saxlamaq olmaz, mən günahsızam. Mən orada olmamışam. Videodakı səs mənə məxsus deyil”, - deyə o söyləyib.

T. Abazovun vəkili onun 40 min lari girov məbləğində azadlığa buraxılmasını tələb edir. Məhkəmə iclası davam edir.

Qeyd edək ki, T. Abazov iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Rustavi şəhər məhkəməsinin qərarı ilə o, 2 ay müddətinə həbs olunub. İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub. T. Abazov günahını etiraf etməyərək, qanunu pozmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR