“Şərq Tərəfdaşlığı”nın Avropa İttifaqının (Aİ) strateji siyasi baxışına ehtiyacı var”.
APA-nın xəbərinə görə, bu barədə Litva Prezidenti Qitanas Nauseda "Twitter"də bildirib.
“Litva “Şərq Tərəfdaşlığı” siyasətinə yeni təkan vermək üçün liderliyi öz üzərinə götürür. Avropa perspektivləri və arzuları “Şərq Tərəfdaşlığı” üçün ağrılı, lakin eyni zamanda çox vacib olan islahatlara davam etmək üçün əsas motivasiyadır”, - deyə Litva Prezidenti qeyd edib.