Çilidə 6.8 bal gücündə zəlzələ olub

Çilidə 6.8 bal gücündə zəlzələ olub
# 02 avqust 2019 07:41 (UTC +04:00)

Çili sahillərində meydana gələn zəlzələnin miqyası, yeni məlumatlara görə, 6.8 bal gücündə olub.

APA ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, daha əvvəl bu rəqəm 6.5 bal gücündə göstərilirdi.

Çilinin Milli Seysmoloji Mərkəzi 6,7 bal gücündə zəlzələnin Çilinin paytaxtı Santyaqodan 200 kilometr məsafədə baş verdiyini bildirib.

Santyaqoda təkanlar olduqca güclü hiss olunub. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR