2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı yandırılaraq zərərsizləşdirilib

 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı yandırılaraq zərərsizləşdirilib
# 21 may 2020 17:09 (UTC +04:00)

"Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxanalarda əmələ gəlmiş 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə daşınaraq - Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, cənub zonasında AQTA tərəfindən zərərsizləşdirilən 13 nöqtə təqribən 150 kubmetr, Nazirlik tərəfindən zərərsizləşdirilən digər 37 nöqtə isə təqribən 2 054 kubmetrdir: "Bu zaman əmələ gəlmiş təqribən 40 kub metr kül tullantısı isə daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib. Bu işlər bu gün də davam etdirilir. Təhlükəli tullantıların daşınması və utilizasiyası sahəsində ixtisaslaşmış özəl şirkətlər bu işlərin həyata keçirilməsində bizə yaxından kömək edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR