Mun Çje İn: "ABŞ və KXDR liderləri iki Koreyanın sərhədində görüşəcək"

Mun Çje İn: "ABŞ və KXDR liderləri iki Koreyanın sərhədində görüşəcək"
# 30 iyun 2019 08:47 (UTC +04:00)

ABŞ və KXDR liderləri tarixdə ilk dəfə Koreya yarımadasında hərbi-demarkasiya xəttində görüşəcəklər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Cənubi Koreya prezidenti Mun Çje İn Seulda ABŞ lideri ilə danışıqlardan sonra verib.

“ABŞ-la Şimali Koreya atəşkəs barədə razılaşma əldə olunduqdan 66 il sonra ilk dəfə Pxanmuncomda görüşəcək”, - Mun Çje İn birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Vaşinqton və Seul Koreya yarımadasının nüvəsizləşdirilməsinin, eləcə də ABŞ-la KXDR arasında münasibətlərin normallaşdırılmasının vacibliyini düşünür.

Ehtimal olunur ki, Donald Trampla KXDR lideri Kim Çen Inın görüşü yaxın saatlarda, ABŞ liderinin Cənubi Koreyaya səfəri başa çatmazdan əvvəl baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR