Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb - YENİLƏNİB

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb - YENİLƏNİB
# 03 fevral 2020 15:22 (UTC +04:00)

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü Quba sakini yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olub.

Xəstə fevralın 2-də saat 05:10-da ağciyər–ürək çatışmazlığından ölüb.

***

saat 14:55

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA- ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yanvarın 30-da saat 21.45-də İnstituta daxil olub.

Xəstə fevralın 3-də saat 07.30-da ölüb.

Qeyd edək ki, 2019-cu il sonlarında və bu ilin əvvəlində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 7 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR