“Azərbaycanda yeni notariuslar açılmalıdır, notariuslar qarşısında növbə var”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, notariusların açılması proseduru sadələşdirilməlidir: “Tutaq ki, atanın avtomobilini oğulun istifadə etməsinə zərurət yaranıb. Bu halda niyə etibarnamə tələb edilməlidir? Əgər müraciət yoxdursa, belə hallarda etibarnaməyə gərək olmamalıdır”.