AAYDA rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edəcək

AAYDA rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edəcək
# 11 mart 2020 13:34 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mart ayının 17-də Yevlax rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Zərdab rayonunda vətəndaşları qəbul edəcəklər.

Bu barədə APA-ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib. Xəbərə görə, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu saat 10:00-da Yevlax şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Yevlax və Ucar rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə saat 10:00-da Zərdab şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Zərdab rayonunun sakinləri iştirak edə bilərlər.

Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Qəbula yzılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR