Həkim: "2 yaşadək uşaqların planşet, telefon və televizorlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır”

Həkim: "2 yaşadək uşaqların planşet, telefon və televizorlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır”
# 24 may 2019 12:44 (UTC +04:00)

"Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s .) aşkarlanır".

ONA-nın xəbərinə görə, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva deyib. O bildirib ki, refraks patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: "Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşet və telefonlardan düzgün olmayan şəkildə istifadə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Ona görə də göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin olmasına xüsusi diqqət yetirilməli, televizoru izləmə məsafəsi optimal şəkildə seçilməlidir. İşığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Analar gözün profilaktikası üçün övladlarını zərərli vərdişlərdən uzaq tutmalıdırlar".

Y. Abdıyeva bildirib ki, respublikada oftalmoloji yardımın optimallaşdırılması üçün Mərkəz tərəfindən həm profilaktik tədbirlər, həm də müalicələr həyata keçirilir: “Əsas məqsəd odur ki, oftalmologiyanın inkişafını yüksək həddə çatdıraq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR