Rusiyalı Olimpiya çempionu koronavirusa yoluxub

Rusiyalı Olimpiya çempionu koronavirusa yoluxub
# 12 may 2020 11:01 (UTC +04:00)

Rusiyalı boksçu Yevgeni Tişenko koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, 2016-cı ildə Braziliyada keçirilən Rio-de-Janeyro Olimpiya Oyunlarının çempionu olan həkimlərə özü müraciət edib.

91 kq çəki dərəcəsində qızıl medal qazanan boksçunun analizi koronavirus olduğunu təsdiqləyib. O, həkimlərin nəzarəti altında evdə karantinə alınıb. Onda koronavirusun yüngül forması aşkarlanıb.

Qeyd edək ki, Tişenko 2015-ci ildə dünya, 2015 və 2017-ci illərdə Avropa çempionu olub. O, peşəkar rinqdə 7 qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR