Komitə sədri: “İcbari tibbi sığorta ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək”

Komitə sədri: “İcbari tibbi sığorta ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək”
# 11 iyul 2019 10:27 (UTC +04:00)

“Azərbaycanda icbari tibbi sığortaya tez keçilməlidir. Bunun üçün bütün addımlar atılır. Dünyanın inkişaf etmiş ölkələrindəki icbari tibbi sığorta sistemi öyrənilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin bağlanış mərasimində deyib.

O bildirib ki, ölkədə bu sistemə keçdikdən sonra əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi də yüksələcək. Komitə sədri bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək, müvafiq dəyişikliklər ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR