Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri açıqlanıb

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri açıqlanıb
# 03 iyul 2019 14:46 (UTC +04:00)

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

APA xəbər verir ki, Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov bildirib ki, müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olub: “Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir”.

Brifinqdə bildirilib ki, müsabiqə üzrə layihə təklifləri martın 11-dən aprelin 1-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər iyulun 7-i saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR