FİFA-nın ardınca UEFA da “yaz-payız” sisteminə keçirilməsini tövsiyə edəcək.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qurum bununla bağlı bütün milli assosiasiyalar və liqalara tövsiyə məktubu göndərəcək.
Mayın 15-də göndərilməsi planlaşdırılan sənəd AFFA və Azərbaycan Peşəkar Futbol Liqasına da ünvanlanacaq. UEFA bütün daxili yarışların “payız-yaz” sistemindən “yaz-payız”a keçməsini məsləhət görəcək.
Qitə futbol qurumu koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan 2019/20 mövsümünün başa çatması üçün belə addımı məqsədəuyğun sayır. UEFA mövsümü avqust-noyabrda bitməsini, yeni futbol ilinin martda başlamasını istəyir.