Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə Müdafiə Nazirliyinin idarə, təşkilatları və xüsusi təyinatlı hərbi təhsil müəssisələri, həmçinin birlik, birləşmə və hərbi hissələr də qoşulub.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, karantin rejiminin tələblərinə uyğun olaraq qanvermə zamanı aksiyada iştirak edənlər və həkimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.
Yığılan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra istifadə olunması məqsədilə Respublika Talassemiya Mərkəzinə (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) təhvil veriləcək.
Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib
20 aprel 2020 12:07 (UTC +04:00)
Sosial
Zakir Fərəcov qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüşüb
20:35
13 sentyabr 2024
Xivə şəhərində “Şuşa günləri” keçirilib - VİDEO
18:52
13 sentyabr 2024
Gəmilərin istismarı ilə əlaqədar nəzarət tədbirləri həyata keçirilib
18:49
13 sentyabr 2024
Yeddi ay ərzində Azərbaycanda 35 mindən çox ölüm qeydə alınıb
16:54
13 sentyabr 2024