Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flik Bundesliqanın tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, mütəxəssis yetirmələrinin 50 qol səddinə çatmasına ən tez şahid olan baş məşqçi olub.
Onun rəhbərliyi altında 16-cı matçına çıxan Münhen təmsilçisi “Union”a 2:0 hesabı ilə qalib gəlib. Bununla da Flikin sevindiyi qolların sayı 50-yə çatıb.
Ona qədər heç bir mütəxəssisin yetirmələri 50-ci qolu belə tez vurmayıb. Bu, həm də “Bavariya”nın ardıcıl 5-ci qələbəsi olub.
Qeyd edək ki, Flik bütün turnirlər nəzərə alınmaqla 23 matçda “Bavariya”ya rəhbərlik edib. 19 qələbə və 1 heç-heçəsi olan münhenlilər cəmi 3 dəfə uduzub.