“Sabah” qalib gəlib, "Keşlə" uduzub

“Sabah” qalib gəlib, "Keşlə" uduzub
# 07 fevral 2020 22:53 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.

Turun ilk matçında “Sabah” “Qəbələ”ni qəbul edib. Məhsuldar keçən matçda 5 qol vurulub. 3:2 hesablı əzmkar qələbə qazanan meydan sahibləri Jelko Sopiçin rəhbərliyi altında ilk xallarını əldə edib.

Mükafatlara iddialı “Keşlə” “ASK Arena”ya qayıdışını autsayderlə matçda rəsmiləşdirib. “Səbail”i sınağa çəkən Tərlan Əhmədovun yetirmələri meydanı məğlub tərk ediblər. 11 oyunluq qələbə həsrətinə son qoyan Aftandil Hacıyevin komandası 5 ay əvvəl olduğu kimi yenə səfərdə “Keşlə”ni yenib. Bununla da bakılılar son pilləni “Qəbələ”yə təhvil verib. Maraqlıdır ki, növbəti turda bu iki autsayder üz-üzə gələcək.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Sumqayıt” “Zirə”ni, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası

XVI tur
7 fevral (cümə)
“Sabah” – “Qəbələ” - 3:2

Qollar: Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
“Sabah”: 1. Saşa Stamenkoviç, 27. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 13. Filip İvanoviç, 9. Marko Deviç, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriges, 26. Ozan Can Kökçü
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 17. Məhəmməd Mirzəbəyov, 23. Amadu Diallo, 11. Şakir Seyidov, 2. Elçin Mustafayev
Baş məşqçi: Jelko Sopiç
“Qəbələ”: 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 14. Ülvi İsgəndərov, 3. İviça Juniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopes, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 12. Abdelrafik Cerard, 32. Nikolas Raysel, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli
Baş məşqçi: Azər Bağırov
Bank Respublika Arena”, 19:00

“Keşlə” – “Səbail” – 0:1
Qol:
Hendrik Ekşteyn, 51 (pen.)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
“Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 6. Rəşad Sadiqov, 42. Aleksandr Kristovao, 30. Şahrux Qadoyev, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov
Baş məşqçi: Tərlan Əhmədov

“Səbail”: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 10. Maykl Esyen, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarz, 19. Ruslan Hacıyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 3. Turan Manafov, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
ASK Arena”, 21:00

1

Qarabağ

15

10

4

1

25-7

34

2

Keşlə

16

7

5

4

20-14

26

3

Neftçi

15

7

5

3

23-12

26

4

Zirə

15

5

5

5

20-22

20

5

Sumqayıt

15

5

4

6

19-21

19

6

Sabah

16

4

4

8

17-22

16

7

Səbail

16

4

3

9

11-25

15

8

Qəbələ

16

3

4

9

17-29

13

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi") - 6 qol.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR