Parlamentin Səhiyyə komitəsinin sədr müavini: "İnfeksiyanın nəzarətdən çıxmaması üçün həftə sonlarında küçəyə çıxmanın qadağan olunması vacibdir"

Parlamentin Səhiyyə komitəsinin sədr müavini: "İnfeksiyanın nəzarətdən çıxmaması üçün həftə sonlarında küçəyə çıxmanın qadağan olunması vacibdir"
# 03 iyun 2020 23:50 (UTC +04:00)

“Sərt karantin rejiminin yumşaldılmasından sonra son 10 gün ərzində yeni növ koronavirusa (COVID-19) yoluxma ilə bağlı müşahidə olunan tendensiya Nazirlər Kabineti yanında Operativ Qərargahın daha sərt tədbirlər görməsinə zərurət yaradıb. Bunu yoluxan və sağalan insanlar arasında fərqin kəskin artmasında görürük”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

R.Mahmudov deyib ki, hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və infeksiyanın nəzarətdən çıxmaması üçün həftə sonlarında küçəyə çıxmanın qadağan olunması vacibdir: “Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqları, Heydər Əliyev Fondunun dəstəyi sayəsində Azərbaycan COVID-19-la mübarizədə böyük uğur əldə edib. COVİD-19-la mübarizə üçün xəstəxanalar lazımi texniki avadanlıqlarla təmin olundu. Dövlətin hərtərəfli dəstəyi ilə əhatə olunmuş həkimlərimizin fədakar əməyini də xüsusi qeyd etmək istəyərdim. Lakin növbəti mərhələdə vətəndaşların sosial məsuliyyəti əsas amil idi. Ancaq davamlı sürətli yoluxma qarşısında heç bir səhiyyə sistemi uzun müddət dayana bilməz. Son 10 gün ərzində yoluxmanın tendensiyasına baxsaq, infeksiyanın nəzarətdən çıxmaması, yeni yoluxma dalğaları qarşısında səhiyyə sisteminin çökməməsi, o cümlədən digər xəstəliklərdən əziyyət çəkən insanların ehtiyac duyulan zamanda müalicəsinin təmin edilməsi üçün belə qadağaların tətbiqiylə əlaqədar zamanında addım atılır. Hər birimizin arzusu bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyalara dönməsi və yenidən yumşalmanın davam etdirilməsidir. Amma bugünkü vəziyyət hökuməti bu addımları atmaq məcburiyyətində qoyur. Bu baxımdan tibbi bölmə tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha həftə sonlarında məhdudiyyətlərin tətbiqi barədə təklifi dəstəkləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR