Bu ilin mart ayında Səudiyyə Ərəbistanının Mərkəzi Bankının valyuta ehtiyatları son 20 ildə ən sürətli templərlə azalaraq, 2011-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu bərədə məlumatı Krallığın Pul-kredit İdarəsi yayıb.
Məlumata əsasən, ötən ay Krallığın valyuta ehtiyatları 464 mlrd. ABŞ dollarına enib ki, bu da 2011-ci ildən bəri ən aşağı göstəricidir.
Krallığın valyuta ehtiyatlarının, demək olar ki, 27 mlrd. dollar azalması neft qiymətlərinin enməsinin və koronavirus pandemiyasının nəticələrini kompensasiya etmək üçün ehtiyac duyduğunun göstəricisidir, məlumatda qeyd edilir.