Filippində dünyanın ən bahalı istirahət mərkəzi açılıb

Filippində dünyanın ən bahalı istirahət mərkəzi açılıb
# 04 may 2019 05:39 (UTC +04:00)

Filippində altı villadan ibarət dünyanın ən bahalı istirahət mərkəzi açılıb.

ONA lenta.ru-ya istinadla xəbər verir ki, “Banva Private Island” mərkəzi Palavan arxipelaqında yerləşir.

Turistlər bura Manila hava limanından birbaşa uçuş edəcəklər. Doqquz nəfərlik təyyarədə uçuş qiyməti bir nəfər üçün 990 dollardır. Beş nəfərlik vertolyotla isə bu rəqəm bir nəfər üçün 11 min 600 dollar təşkil edir.

“Banva Private Island”dakı hər villada bir günə 100 min dollar ödəmək tələb olunur.

İstirahət edənlər dalğıc səyahəti, katamaranlarla gəzinti, hovuz, spa, tennis kortları, yoqa təlimlərindən və s. faydalana biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR