Təhsil müəssisələri qarşısında yeni tələb qoyulur

Təhsil müəssisələri qarşısında yeni tələb qoyulur
# 07 may 2019 15:12 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.

ONA-nın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Müvafiq olaraq qanuna təklif edilən digər dəyişiklik təhsil sahəsində dövlətin vəzifələri sırasına "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ni daxil etməkdir.

Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR