Qəbələ sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında, keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tikanlı kənd sakini R. Qəribovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.