"Fitch" SOCAR-ın reytinq üzrə proqnozunu endirib

"Fitch" SOCAR-ın reytinq üzrə proqnozunu endirib
# 18 aprel 2020 11:23 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini (IDR) və emitentin təmin edilməmiş borc reytinqini "BB+" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, reytinq üzrə proqnozun "mənfi"yə dəyişməsinin əsas səbəbi Azərbaycanın uzunmüddətli IDR-i üzrə proqnozun "stabil"dən "mənfi"yə endirilməsi olub. Qeyd edilir ki, şirkət tamamilə dövlətə məxsusdur, bu səbəblə də SOCAR-ın və Azərbaycanın reytinqi və reytinq üzrə proqnozu bərabər tutulur.

Bundan əlavə, “Fitch” SOCAR-ın avtonom kredit profilinin “b+” səviyyəsində qiymətləndirməyə davam edir, lakin COVID-19 virusunun pandemiyasının səbəb olduğu neft qiymətlərinin düşməsi 2020-2021-ci illərdə şirkətin leverecini məhdudlaşdırır.

Qeyd edək ki, “Fitch” SOCAR-ın leverec əmsalının stabil olaraq 6x altında qalması halda neft şirkətinin reytinq üzrə proqnozunun yaxşılaşdırmasına baxa bilər. SOCAR-ın reytinqi ilə bağlı mənfi ssenarini isə agentlik Azərbaycanın reytinqinin azaldığı təqdirdə ehtimal edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR