Rövşən Lənkəranskinin qətl törətmiş yaxın adamına hökm oxunub

Rövşən Lənkəranskinin qətl törətmiş yaxın adamına hökm oxunub
# 12 mart 2020 17:11 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Hüseynovun qətlində təqsirləndirilən Əli Abdullayev, Ülvi Hüseynov və İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əli Abdullayev 11 il, Ilqar Əliyev və Ülvi Hüseynov isə hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, ötən il iyunun 24-də Bakıda şəhər sakini Samir Hüseynov odlu silahla qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən Əli Abdullayev, İlqar Əliyev və Ülvi Hüseynov həbs olunub.

Ə. Abdullayev əvvəllər mühafizə polisində çalışsa da, sonradan "Neon" restoranında mühafizəçi işləyib.

Xatırladaq ki, Əli Abdullayevin adı daha əvvəl səs-küylü kriminal hadisədə keçib. Rövşən Lənkəranski ləqəbli Rövşən Canıyev İstanbulda qətlə yetirildikdən sonra onun qardaşı Namiq Canıyev və bir neçə nəfər Türkiyədə alış-veriş mərkəzlərinin birində "Lotu Quli" ləqəbli Nadir Səlifova sui-qəsddə şübhəli bilərək saxlanılıb.

Onlar arasında Namiq Canıyevdən başqa Əli Abdullayev, "Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlı və “Piter Camal” kimi tanınan Camal Həsənov adlı azərbaycanlılar da olub. Əli Abdullayevin Rövşən Canıyevin yaxın adamı olduğu müəyyənləşib.

Daha sonra İstanbul Məhkəməsi həmin iş üzrə saxlanılanlara bəraət verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR