Sahibə Qafarova: “Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”

Sahibə Qafarova: “Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
# 17 aprel 2020 11:10 (UTC +04:00)

“Prezident İlham Əliyev keçirdiyi videokonfrans şəklində müşavirədə ölkəmizdə I rübdə əldə olunan iqtisadi nəticələrin uğurlu olduğunu qeyd edib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib.

Spiker koronavirusla bağlı qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əminliyini ifadə edib: “VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq”.

O, Prezidentin son müşavirədə beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox məsələlərlə bağlı əsaslandırılmış arqumentlərlə fikirlərini çatdırdığını bildirib: “Dövlət başçısı o cümlədən AŞPA-nın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi qondarma “seçkilərə” münasibət bildirməməsini qeyd etdi. Bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də çox onların mənafeyini müdafiə edirlər. Bu gün onların bu “seçki”lərə münasibət bildirməməsi qəbul edilməzdir. Bununla bağlı Milli Məclis tərəfindən AŞPA-ya etiraz məktubu göndərilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR