Samuxda maşın hasara çırpılıb, xəsarət alanlar var

Samuxda maşın hasara çırpılıb, xəsarət alanlar var
# 10 iyun 2020 09:31 (UTC +04:00)

Samuxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı hasara, daha sonra qaz borusuna çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Onlardan birinə ambulator yardım göstərilib, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım birqadası cəlb olunub. Məlumata görə, qəzaya səbəb minik maşınının qabağına it çıxması olub.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR