Gəncədə hündürlükdən yıxılan fəhlə ölüb

Gəncədə hündürlükdən yıxılan fəhlə ölüb
# 13 iyul 2019 12:53 (UTC +04:00)

Gəncə sakini hündürlükdən yıxılaraq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gəncə şəhərində yerləşən dəmir sexində fəhlə işləyən, 30 yaşlı Nihad Əsədov sexin dam örtüyündə təmir işləri apararkən hündürlükdən yıxılıb və ağır xəsarət alıb.

Yaralı dərhal Gəncə şəhər təcilli tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan N. Əsədov Bakıya aparılarkən yolda keçinib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR